RU

“Fənərbağça” ulduz futbolçunu transfer etməyə yaxındır

“Fənərbağça” heyətini ulduz futbolçu ilə gücləndirməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Əl-İttihad”da çıxış edən Nqolo Kante üçün rəsmi təklif göndərib.

34 yaşlı fransalı dayaq yarımmüdafiəçisinin bu təklifə müsbət yanaşdığı bildirilir.

Kante 2023-cü ildə “Çelsi”dən azad agent kimi Səudiyyə klubuna keçib, 100 oyunda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi bu yay başa çatır.

Избранный
58
idmanxeber.az

1Источники