RU

Ukraynada tam “BLEKAUT”: Kiyev işıqsız qaldı, generatorlar KÖMƏK ETMİR

Kiyev tamamilə qaranlığa qərq olub.

İnterpress.az xəbər verir ki, Ukraynanın paytaxtında kritik enerji böhranı yaşanır.

Məlumata görə, Kiyevin əksər rayonlarında tam “blekaut” (elektrik kəsintisi) hökm sürür.

Ukrayna energetika nazirinin müavini bildirib ki, işıqların nə vaxt bərpa olunacağı ilə bağlı heç bir proqnoz vermək mümkün deyil.

Kiyev meri Vitali Kliçko problemin Rusiyanın gecə endirdiyi zərbələrdən sonra yarandığını açıqlayıb.

Paytaxtda elektrik enerjisi çatışmazlığı kəskinləşib, hətta kritik infrastrukturun təminatında ciddi çətinliklər yaranıb.

Ukrayna rəsmisi Yuliya Sviridenko qeyd edib ki, bəzi rayonlarda yüksək gücə malik generatorlar quraşdırılsa da, bu, vəziyyəti xilas etmir.

Kiyev vilayətində də analoji problemlər müşahidə olunur. Yerli sakinlər generatorları işlətmək üçün kütləvi şəkildə yanacaq tədarük etməyə başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
103
interpress.az

1Источники