RU

Milli komandada yeni təyinat

Belarus yığmasında baş məşqçi problemi həllini tapıb. Milli komandaya Viktor Qonçarenko təyin edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidmətinin məlumatında 48 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalandığı bildirilib.

Qonçarenkonun sonuncu iş yeri “Nijni Novqorod” olub. Belaruslu mütəxəssis Rusiya klubunu 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununa qədər çalışdırıb. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə ümumilikdə 22 oyun keçirib. Bu matçlarda 6 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub. Onu da əlavə edək ki, Qonçarenko bir müddət əvvəl “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən idi.

O, məşqçilik karyerası ərzində bir sıra klublarda da işləyib. O, Belarusun BATE, Rusiyanın “Kuban”, “Ural”, “Ufa”, ÇSKA və “Krasnodar”da baş məşqçi vəzifəsində çalışıb.

Избранный
119
football-plus.az

1Источники