RU

Prezidentə “Oğlum məni sizə əmanət edib” deyən şəhid anası kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı dövlət başçısı ilə şəhid anası arasında təsirli söhbət baş tutub.

“Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam. Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm”, - deyə şəhid anası Prezidentə bildirib.

Publika.az-ın məlumatına görə, dövlət başçısı ilə söhbət edən şəhid anası Nəzakət Aslanovadır. O, Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub.

Nəzakət Aslanovanın oğlu Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonunun Çardaqlı kəndində dünyaya göz açıb. O, 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi və Ümid və Uğur adlı iki oğlu yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Избранный
83
8
publika.az

10Источники