Bakı. Trend:
“Milan” yayda azad agent olacaq “Bavariya”nın yarımmüdafiəçisiLeon Qoretzkanı heyətinə qatmaq variantını nəzərdən keçirir.
Trend "LaGazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlıfutbolçunun hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərqüvvədədir. Bildirilir ki, tərəflər müqavilənin uzadılması iləbağlı danışıqlar aparmırlar, çünki yarımmüdafiəçi vergilərdən sonra7 milyon avro olan maaşını azaltmaq istəmir.
Bu, “Milan” üçün maneədir, çünki futbolçu kluba qoşularsa, əlavəolaraq agent komissiyaları da ödənilməli olacaq. Klub 40 yaşlı LukaModriç müqaviləsini uzatmasa, müəyyən maliyyə vəsaiti azad edəbilər.
Qoretzka ilə həmçinin "Fənərbağça" klubu da yaxındanmaraqlanır.
Qeyd edək ki, bu mövsüm Qoretzka “Bavariya”nın heyətindəBundesliqada 15 oyuna çıxıb və 1 qol vurub.