RU

Xaçmazda gözlənilməz kadr dəyişikliyi – FOTO

Xaçmaz Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi Rahil Mahmudov tutduğu vəzifədən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə 13 yanvar 2026-cı il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin imzaladığı sərəncamda qeyd olunub. Sərəncama əsasən, Mahmudov Rahil Mahmud oğlu Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

Məlumata görə, idarə rəisinin vəzifəsinin müvəqqəti icrası Müslümov Mikayıl İlçibəy oğluna həvalə olunub./xacmazxeber.az/

Избранный
52
nocomment.az

1Источники