RU

Qəbələdə ikimərtəbəli ev yandı

Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
80
1
bakivaxti.az

2Источники