RU

Güclü külək nəticəsində Bakıda neçə ağac aşıb?

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində Yaşıllaşdırma Təsərrüfatı Birliyinin qaynar xəttinə doqquz müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib. Birliyin əməkdaşları tərəfindən aşmış ağaclar ərazidən götürülərək təmizlənib.

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
oxu.az

4Источники