RU

UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd etdi

UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini rədd edib.

Msport.az xəbər verir ki, daha əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyini bildirilmişdi.

Hazırda hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi ötürmə anında rəqibin qapısına qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd hesab olunur.

Daha əvvəl FİFA qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəsini tutan “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger aşağıdakı dəyişikliyi təklif etmişdi: Əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncudan sonrakı müdafiəçinin xəttində və ya arxasındadırsa, oyunçu ofsaydda deyil.

Избранный
81
msport.az

1Источники