RU

“Qurumları ələ keçirin, kömək yoldadır” - Trampdan İrandakı etirazçılara

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hökumət əleyhinə aksiyaların iştirakçılarına qarşı güc tətbiqi dayandırılana qədər İranın rəsmi şəxsləri ilə bütün təmasları kəsib.

Redaktor.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə məlumatı "Truth Social" platformasında paylaşıb.

"İranlı vətənpərvərlər, etiraz etməyə davam edin - öz qurumlarınızı ələ keçirin! Qatillərin və təcavüzkarların adlarını yadda saxlayın. Onlar buna görə yüksək əvəz ödəyəcəklər. Kömək yoldadır. İranı yenidən möhtəşəm edək", - deyə o yazıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Избранный
70
2
redaktor.az

6Источники