RU

Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfindədir – DİN-dən ÇAĞIRIŞ

Bakı.Trend:

Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluqhallarının artması müşahidə olunur. Naməlum şəxslər özlərini övlad,nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi,ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlıinsanlardan pul tələb edirlər.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şübhəli şəxslərəsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlarötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitiningöndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlarxüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onlarınyaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və yaonlayn formada ələ keçirməyə çalışırlar.

Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyəolunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləqyoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraqpul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 ZəngMərkəzinə müraciət etsinlər.

Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belədələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır.

Избранный
129
47
az.trend.az

10Источники