RU

Ötən il DSMF də 482 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələri üzrə ümumilikdə 481 min 723 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə 525.az-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 188 min 740-ı pensiya, 125 min 371-i müavinət, 19 min 915-i Prezident təqaüdü, 90 min 546-sı ünvanlı dövlət sosial yardımı, 12 min 941-i fərdi uçot və sosial sığorta, 1 977-si dövlət icbari şəxsi sığorta və 42 min 233-ü isə digər istiqamətlərlə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
90
525.az

1Источники