Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib.
"Report"un Muğan bürosunun məlumatına görə, bazar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl bir neçə rayonun da heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.