RU

İki məşhur aviaşirkət müflis olduğunu AÇIQLADI

2026-cı ilə aviasiya sektoru iki aviaşirkətin fəaliyyətini dayandırması ilə başlayıb. Artan borc yükü və maliyyə çətinlikləri səbəbindən Filippinlərdə fəaliyyət göstərən Royal Air Philippines və Hindistanda yerləşən Dove Airlines müflis olma və ləğvetmə prosesinə daxil olub.

Vətəninfo.az xəbər verir ki, Royal Air Philippines 4 yanvar 2026-cı il tarixindən etibarən bütün reyslərini ləğv edərək əməliyyatlarını dayandırıb. 2017-ci ildə kommersiya uçuş lisenziyası alan şirkət qısa müddət ərzində Kamboca, Çin, Cənubi Koreya və Tayvan istiqamətlərində reyslər həyata keçirirdi. Bildirilir ki, aviaşirkətin fəaliyyəti 2026-cı ilin mart ayına qədər etibarlı bileti olan təxminən 4 min sərnişinə təsir göstərib. Şirkət rəhbərliyi uçuşların bərpa oluna biləcəyini istisna etməsə də, uzun müddətdir davam edən borc problemi bu prosesi xeyli çətinləşdirir.

Hindistanda fəaliyyət göstərən çarter aviaşirkəti Dove Airlines isə 5 yanvar tarixində könüllü ləğvetmə proseduruna başlayıb. 2007-ci ildə Kəlküttə şəhərində yaradılan şirkət maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif cəhdlər göstərsə də, fəaliyyətini davam etdirə bilməyib. Yerli qurumlar ləğvetmə qərarının rəsmi şəkildə qüvvəyə mindiyini təsdiqləyiblər.

Dove Airlines-ın maliyyə problemləri 2015-ci ildən başlayır. Həmin dövrdə əsas ortağın şirkətdən ayrılması maliyyə strukturunu zəiflədib. 2022-ci ildə isə donanmada qalan son təyyarənin kreditorlar tərəfindən geri alınması aviaşirkətin faktiki olaraq fəaliyyətini dayandırmasına səbəb olub. Hindistan Milli Şirkətlər Hüququ Məhkəməsi şirkətə yeni investor tapmaq üçün iflasdan müvəqqəti müdafiə versə də, bu müddətdə davamlı həll yolu tapılmayıb.

Bir vaxtlar regional daşımalar sahəsində genişlənmə planları quran Dove Airlines təyyarə icarəsi ilə bağlı hüquqi problemlər və istifadəsiz qalan donanma səbəbindən fəaliyyətini bərpa edə bilməyib. Nəticədə şirkət rəhbərliyi artan borclar fonunda ləğv olunma qərarı verib.

Избранный
30
veteninfo.az

1Источники