"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2025-ci ili 335,693 milyon manat xalis mənfəətlə başa vurub.
"Cebheinfo.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 14,3 % çoxdur.
Ötən il ABB-nin gəlirləri 1 milyard 547,108 milyon manat (əvvəlki ilə nisbətən 23,3 % çox), xərcləri 1 milyard 14,866 milyon manat (31,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 114,332 milyon manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 82,217 milyon manat (10,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə ABB-nin aktivləri 13 milyard 626,903 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Bunun 6 milyard 515,103 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,1 % böyüyüb.
Hesabat dövründə ABB-nin öhdəlikləri 1,4 % azalaraq 11 milyard 422,218 milyon manat, o cümlədən depozit portfeli 1,4 % azalaraq 8 milyard 892,88 milyon manat, balans kapitalı isə 7,5 % artaraq 2 milyard 204,685 milyon manat olub.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
"Cebheinfo.az"