RU

Azərbaycan səfirliyindən Türkiyə ilə bağlı təbrik paylaşımı

Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü tamam olur.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi paylaşım edib.

"X" üzərindən edilən paylaşımda deyilir:

“Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibəti qutlu olsun. "Bir millət, iki dövlət” anlayışı üzərində formalaşan qardaşlığımızın əbədi və sarsılmaz olmasını arzulayırıq".

İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.

 

Избранный
18
1
modern.az

2Источники