RU

ABŞ  İrana qarşı  Avropadan kəşfiyyat məlumatları istəyib

Tramp administrasiyası Avropadakı bir neçə müttəfiq ölkədən İranda potensial hədəflərlə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı xahiş edib.

Vətəninfo.az xəbər verir ki, “The Washington Post” qəzetinə anonimlik şərti ilə danışan iki Avropa rəsmisinin bildirdiyinə görə, müraciət dünən edilib və İran daxilində mümkün məsul şəxslər və strukturlarla bağlı məlumatların toplanmasına yönəlib.

Mənbələrdən biri qeyd edib ki, hazırda prezident Donald Trampın İranın nüvə obyektlərinə hərbi zərbə endirmək niyyətinə dair konkret əlamət yoxdur. Daha real ssenari kimi, İranda etirazçıların qətlinə və repressiyalara görə məsuliyyət daşıyan təşkilat və qüvvələrin rəhbərlərinin beynəlxalq hüquqi müstəvidə cavabdehliyə cəlb edilməsi ehtimal olunur.

Избранный
60
1
veteninfo.az

2Источники