RU

İran region ölkələrinə xəbərdarlıq etdi: Bu yerləri vuracağıq!

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İran ABŞ-ın hücumu halında region ölkələrinə ABŞ-ın həmin ölkələrdəki hərbi bazalarına zərbə endirəcəyi barədə xəbərdarlıq edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bu qərar ABŞ Prezidenti Donald Trampın ölkə miqyasında hökumət əleyhinə etirazlar fonunda müdaxilə etmək təhdidlərindən sonra verilib. Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər regional ölkələrə bildirib ki, ABŞ İranı hədəf alacağı təqdirdə, həmin ölkələrdəki ABŞ bazalarına hücum ediləcək. Bu ölkələrdən Vaşinqtonun İrana hücum etməsinin qarşısını almağı xahiş edib”, – məlumatda qeyd edilib. 

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
globalinfo.az

1Источники