
ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropadakı bir neçə müttəfiq ölkədən İranda potensial hədəflərlə bağlı kəşfiyyat məlumatlarını paylaşmağı xahiş edib.
Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanamyan iki Avropa rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, müraciət ötən gün edilib və İran daxilində mümkün məsul şəxslər və strukturlarla bağlı məlumatların toplanmasına yönəlib.
Qeyd olunub ki, hazırda Donald Trampın İranın nüvə obyektlərinə hərbi zərbə endirmək niyyətinə dair konkret əlamət yoxdur. Daha real ssenari kimi, İranda etirazçıların qətlinə və repressiyalara görə məsuliyyət daşıyan təşkilat və qüvvələrin rəhbərlərinin beynəlxalq hüquqi müstəvidə cavabdehliyə cəlb edilməsi ehtimal olunur.
Daşqın HəsənovMissiya.Az