RU

Ermənistan İcevan Qazax istiqamətində HƏRƏKƏTƏ KEÇDİ

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan İcevan-Qazax istiqamətində yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, İrəvanda keçirilən “Ermənistan və dünya: risklər və imkanların kəsişməsində” adlı konfransda çıxış edən Paşinyan maraqlı məqamlara toxunub.

O bildirib ki, Ermənistan-Türkiyə sərhədində yerləşən bəzi keçid məntəqələrində körpülərin tikintisinə ehtiyac yaranacaq.

“Yəqin ki, Armavir vilayətindəki ‘Marqara’ sərhəd-keçid məntəqəsində və Şirakdakı ‘Axurik’ keçid məntəqəsində körpülər inşa olunmalıdır”, – deyə Paşinyan vurğulayıb.

O, həmçinin bu ərazilərdə və Naxçıvanla sərhəddə yerləşən Yerasx bölgəsində gömrük və sərhəd terminallarının qurulmasının vacibliyini dilə gətirib. Baş nazir İcevan-Qazax istiqamətində də yeni infrastruktur həllərinin mümkünlüyünü istisna etməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
80
3
konkret.az

5Источники