RU

İbrahim Tatlısəs qızını məhkəməyə verdi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin ailəsində yaşanan qalmaqal yenidən gündəmə gəlib. Məşhur sənətçi ilə qızı Dilan Çıtak Tatlıses arasındakı münasibətlər daha da gərginləşib.

KONKRET.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, insident Bodrumda baş verib. İddialara əsasən, səhər saatlarında süfrə arxasında yaranan mübahisə zamanı Dilan Çıtak atasına televiziya pultu atıb. Bu hadisədən sonra İbrahim Tatlıses hüquqi yollara əl ataraq qızı ilə bağlı rəsmi müraciət edib.

Məsələyə hüquqi qiymət verildikdən sonra pultun “təhlükəli əşya” kimi dəyərləndirilməsi səbəbilə Dilan Çıtak Tatlıses haqqında araşdırma başlanılıb.

Bundan əlavə, Tatlıses Almaniyada planlaşdırdığı konsert proqramını yarımçıq dayandıraraq Bodrumun Bitez bölgəsində yerləşən ədliyyəyə gedib və baş verənlərlə bağlı ifadə verib. (yeni sabah)

Избранный
142
3
konkret.az

4Источники