RU

Zlatan İbrahimoviçin oğlu "Ayaks"da - RƏSMİ

İsveçli hücumçu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç "Ayaks"la müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

Niderland təmsilçisi 19 yaşlı forvardı sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə 6 aylıq icarəyə götürüb. 

Maksimilian 2022-ci ildə "Hammarbü"nün akademiyasından "Milan"ın akademiyasına keçib. O, son 6 ayda İtaliya nəhənginin 2-ci komandasında - D Seriyasında mübarizə aparan "Milan Futuro"da oynayıb.

Nihat

Избранный
86
fanat.az

1Источники