RU

ABŞ və İran arasında müharibə olacaq? - PROQNOZ

"İranda spontan hadisələr baş verib və belə olan halda İrana qarşı qüvvələr, İranın düşmənləri, onunla konfliktdə olan qüvvələr və ölkələr bundan istifadə etmək istəyirlər. Əsasən, bu fürsətdən yararlanıb İranı daha da çökdürməyə çalışan İsraildir. Həmçinin ABŞ. ABŞ İran-Rusiya-Çin ittifaqını zəiflətmək məqsədilə müəyyən tədbirlər həyata keçirməyə çalışır, müxtəlif addımlar atır. Yəni İran da hazırda ABŞ üçün bir fürsətdir. ABŞ-nin indiki halda İranda hakimiyyət dəyişikliyinə gedəyəcini, yaxud İranın bölünməsi üçün addım atacağını düşünmürəm. Aydın hiss olunur ki, hələlik qarşıya bu məqsədlər qoyulmayıb. Qarşıya qoyulan əsas məqsəd İranın daha da zəiflədilməsi, İranın daxilində olan prosesləri idarə etmək, müəyyən obyektlərinin vurulması məsələsi gündəmdədir. Əsasən, Netanyahu - İsrail hakimiyyəti buna çox çalışır. İsrailə yaxın ABŞ hakimiyyətininin, Trampın ətrafında olan İsrailə yaxın qüvvələrin bu istiqamətdə cəhdləri var. Ona görə də İranın müəyyən obyektlərinin ABŞ tərəfindən vurulacağını gözləmək olar. İndiki halda İranda hakimiyyət dəyişikliyi, ərazilərinin bölünməsi məsələsi Amerikanın gündəmində deyil, lakin sonrakı dövrlərdə hansı addım atacaqsa, onda bunu təhlil etmək olar”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elşad Musayev ABŞ və İran arasında müharibə olacağı barədə proqnozlara münasibət bildirərkən deyib.

Elşad

Deputat vurğulayıb ki, hazırda İranda ölkə daxilində çox ciddi iğtişaşlar baş verməkdədir: “Etiraz aksiyaları, bu aksiyaları həyata keçirən etirazçılara qarşı görülən vəhşicəsinə tədbirlər... Yüzlərlə, minlərlə ölənin olduğu bildirilir. Müxtəlif rəqəmlər səsləndirilir. İlk növbədə, İranda baş verən hadisələrin səbəbi nədir? Səbəb budur ki, öndə olan siyasi təşkilatlar, həmkarlar yoxdur. Bu hərəkətliliyi idarə edə biləcək qüvvələr də yoxdur. Molla rejimi onları sıradan çıxarıb. Əsasən, iqtisadi çətinliklərlə bağlı problemlər qalxıb. İşsizliyin həddindən artıq çoxalması, qiymətlərin qalxması, həyat şəraitinin aşağı düşməsi insanları kütləvi sürətdə ayağa qalxmağa vadar edib. Eyni zamanda insan hüquqlarının pozulması. İran əhalisinin böyük hissəsi artıq yeni nəsildir. Yeni nəsil isə köhnə qaydada yaşamaq istəmir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Yanvar 2026, 14:41   
Избранный
8
pravda.az

1Источники