Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Hibrid və elektrik mühərrikli yeni avtomobillərə tətbiq olunan gömrük və vergi dəyişiklikləri bu avtomobillərin qiymətini təxminən 18 faiz artıracaq. Bu isə birbaşa olaraq ikinci əl avtomobil bazarına təsir göstərəcək və orada qiymət artımına yol açacaq". Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, son dövrlər ikinci əl avtomobil bazarında aktivlik zəifləyib:"Bunun əsas səbəbi daha ucuz yeni avtomobillərin bazara çıxması və alıcıların əsasən birinci əl avtomobillərə yönəlməsi idi. Nəticədə ikinci əl avtomobillərin həm satışı azalır, həm də qiymətlər aşağı düşürdü. İndi isə yeni avtomobillərin bahalaşması ikinci əl bazarına marağı yenidən artıracaq".Ekspert bildirib ki, birinci əl avtomobillərin qiymətinin yüksəlməsi ikinci əl maşınları alıcı üçün daha cəlbedici edəcək:"Bu da ölkə daxilində mövcud avtomobillərin daha rahat satılmasına və qiymətlərinin artmasına şərait yaradacaq. Bundan əlavə, 2025-ci ildən qüvvəyə minən yeni qaydaya əsasən, 7 ildən artıq istismar olunmuş avtomobillərin idxalına tətbiq olunan aksiz vergisi benzin mühərrikli avtomobillər üçün 25 faiz, dizel mühərrikli avtomobillər üçün isə 33 faiz artırılıb. Bu isə xaricdən köhnə avtomobil gətirməyi xeyli bahalaşdırır".Onun sözlərinə görə, nəticədə daxili bazarda artıq mövcud olan avtomobillər daha sərfəli alternativə çevrilir:"Bu, satıcılar üçün qiymətləri qaldırmaq imkanı yaradır, alıcılar üçün isə ikinci əl avtomobillərə olan tələbi artırır. Beləliklə, yaxın aylarda ikinci əl avtomobil bazarında həm qiymətlərin, həm də satış aktivliyinin yüksəlməsi gözlənilir".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.