RU

Xoşqədəm Hidayətqızı Rəqsanə haqda danışdı: Çətin günlərimdə … - VİDEO

"Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Bəs ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boya ata-anasının yasına gəldinmi? "İnstagram"da mənə başsağılığı vermişdin".
 
Bu sözləri teleaprıcı Xoşqədəm Hidayətqızı müğənni Rəqsanə İsmayılovanın ünvanına deyib.
 
Rəqsanənin həbsdən çıxdıqdan sonra verdiyi açıqlamada Xoşqədəm Hidayətqızıdan incidiyini deməsinə o, "Səni axtarıram" verilişində cavab verib:
 
"Mən bu məsələyə açıqlama verməmişdim, amma indi verəcəyəm. Rəqsanə məndən küsür ki, onunla maraqlanmamışam. Biz sadəcə efirlərdə görüşmüşük, münasibətimiz normal olub. Bəs ona niyə sual vermirsiniz ki, sən Xoşqədəmin dağ boya ata-anasının yasına gəldinmi?. Apreldə anamı, iyunda atamı itirmişəm. Özün gələ bilmirdin, burda sənin qızın var, qohumların var axı... Onlar gələrdi. Amma məndən nəsə umursan!
 
Buna baxmayaraq mən onun işlədiyi insanlara zəng edib, nə kömək lazımdırsa edə biləcəyimi demişdim. Vəkili tutulmuşdu, qanunla hər şey gedirdi. O ki, mənə "instagram"da başsağlığı vermişdi, mən də onun yaxınları ilə maraqlanmışdım.
 
Ağır günlər hamının qapısını döyəcək. Ona görə həmin anlarda bir-birinizin yanında olmağa çalışın. O insanı sevməsəniz belə, pis günündə gedin ona sarılın".
 
 



Избранный
129
1
7news.az

2Источники