RU

ABŞ vətəndaşlarını İranı TƏCİLİ tərk etməyə çağırdı

ABŞ administrasiyası Pentaqona Yaxın Şərqdə ən böyük hərbi bazası olan Qətərdə yerləşən Əl-Udeyddəki bəzi qoşunların təxliyə olunmasını tövsiyə edib.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" diplomatlara istinadən yayıb.

Diplomatların sözlərinə görə, bəzi qoşunlar 15 yanvar axşamına qədər bazanı tərk edə bilər.

Həmçinin ABŞ Dövlət Departamenti İrandakı vətəndaşlarına Türkiyə və ya Ermənistan vasitəsilə quru yolu ilə dərhal ölkəni tərk etməyi tövsiyə edib. Müvafiq bildiriş Dövlət Departamentinin veb saytında yerləşdirilib:

"ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Təhlükəsizdirsə, İranı quru yolu ilə Türkiyəyə və ya Ermənistana tərk etməyi düşünün".

Vətəndaşlara ABŞ hökumətinin köməyi olmadan İranı tərk etdiklərinə görə məsuliyyət daşımaları tövsiyə olunur. Həm ABŞ, həm də İran vətəndaşlığına malik şəxslər İran pasportlarından istifadə edərək ölkəni tərk etməlidirlər. ABŞ hakimiyyəti həmçinin İranı Əfqanıstan, İraq və ya Pakistan vasitəsilə tərk etməməyi tövsiyə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
1
olaylar.az

2Источники