RU

Qarabağ abidələrinin elmi ekspertizası aparılacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Qarabağda və başqa bölgələrimizdə türk və İslam mədəniyyətinə dair tədqiqatların aparılması planlaşdırılır. Tədqiqatlar Türk Arxeologiyası və Mədəni Miras İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən reallaşacaq.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev məlumat verib. O vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Qarabağda dağıdılmış arxeoloji abidələrimizin türkiyəli mütəxəssislər tərəfindən elmi cəhətdən ekspertizasının aparılması nəzərdə tutulub.

Избранный
60
2
azertag.az

3Источники