RU

Paşinyan Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulmasının səbəbini açıqlayıb

“Ermənistan xarici silahların alınmasının qarşısını almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzvlüyünü dondurub”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqı ölkələri səfirlərinin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təşkilata üzvlük Ermənistanın xarici silah və sursat almasına mane olub və məhz buna görə də üzvlüyü dondurmaq qərarı verilib.

Qeyd edək ki, Ermənistan son vaxtlar KTMT-nin tədbirlərində iştirak etmir.

Daşqın HəsənovMissiya.Az

Избранный
113
missiya.az

1Источники