RU

“Apolitical” platforması Azərbaycanın sosial sahədə uğurlarına dair məqalə dərc edib

Bakı. Trend:

Böyük Britaniyanın “Apolitical” platforması Azərbaycanda dövlətsosial xidmətlərinin elektronlaşdırılması istiqamətində son illərəldə edilmiş uğurlara dair məqalə dərc edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumatagörə, məqalədə Azərbaycanda rəqəmsal platformalarvasitəsilə sosial xidmətlər infrastrukturunun modernləşdirilərək,daha şəffaf, səmərəli, əlçatan, vətəndaşyönlü edildiyi qeydolunur.

Sosial sahədə xidmətlərin rəqəmsallaşdırılmasına dair ölkəmizdəmövcud hüquqi və institusional çərçivə, vətəndaşların sosialmüdafiə mexanizmlərinə çıxışının sadələşdirilməsi istiqamətindəgörülən tədbirlər diqqətə çatdırılır.

“E-sosial” portalının faydaları, 2018-2025-ci illərdə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərinin 90 faizdənçoxunun rəqəmsallaşdırıldığı, 2019-cu ilin əvvəlindən istifadəyəverilən proaktiv xidmətlər, onların əhəmiyyəti qeyd edilir.Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin dövlətqurumlarının 80-dən çox qurumun informasiya sistemi ilə inteqrasiyaşəraitində fəaliyyət göstərdiyi vurğulanır.

Ölkəmizin sosial sahədə rəqəmsal uğurlarının beynəlxalqsəviyyədə də tanınaraq ən yaxşı təcrübələr kimi xüsusi mükafatlaralayiq görüldüyü, digər ölkələr üçün öyrənilə bilən qabaqcıltəcrübələr olduğu qeyd edilir.

“Apolitical” 2015-ci ildə Böyük Britaniyada yaradılmış qlobalplatformadır. Platforma dövlət qulluqçuları və ictimai sektorliderləri üçün innovativ idarəetmə, rəqəmsal transformasiyasahəsində qabaqcıl təcrübələrin yayılmasını hədəfləyir.

Избранный
163
5
az.trend.az

6Источники