
Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd noutbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.
“Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.
Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev də saxlanılıb.