Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalacaq.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyana deyib.
"Ermənistan mümkün qədər uzun müddət AİB-də qalacaq", - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın AİB-ə üzvlük məsələsi dəfələrlə qaldırılıb. Bu, İrəvanın Aİ-yə qoşulmaq istəyindən irəli gəlir.
Xatırladaq ki, ötən ilin dekabr ayında Paşinyan Ermənistanın məqsədinin AİB-dən çıxmaq deyil, AB-yə üzvlük olduğunu bildirmişdi. O, bunun hazırkı mərhələdə uyğun olduğunu vurğulamışdı.