RU

NASA-nın Ay missiyasında yeni dövrü  

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi uzun fasilədən sonra Ay istiqamətində yenidən insanlı uçuş həyata keçirməyə hazırlaşır. Təxminən yarım əsrlik fasilədən sonra reallaşdırılacaq bu uçuş Artemis II proqramı çərçivəsində icra olunacaq və 1972-ci ildə yekunlaşmış Apollo missiyalarından sonra Ay trayektoriyası üzrə ilk ekipajlı səfər olacaq.

Hazırlıqlar çərçivəsində NASA “Space Launch System” adlı daşıyıcı raketi və “Orion” kosmik aparatını Florida ştatında yerləşən Kennedi Kosmik Mərkəzinə çatdırmağı planlaşdırır. Yanvar ayının sonlarında baş tutacaq buraxılışdan öncə son sınaq mərhələsi – “wet dress rehearsal” keçirilməsi nəzərdə tutulur. Startın isə ən tez fevralın 6-da baş tutacağı bildirilir.

Missiyaya rəhbərlik astronavt Reid Uayzmena həvalə olunub. Onunla birlikdə uçuşda Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyini təmsil edən Ceremi Hansen iştirak edəcək. Təxminən 10 gün davam edəcək ekspedisiya zamanı heyət kosmik gəminin həyat təminatı avadanlıqlarını sınaqdan keçirəcək və Ayın görünməyən tərəfi istiqamətində 6 400 kilometrdən artıq məsafə qət edəcək. NASA bu uçuşu Ay səthində uzunmüddətli insan fəaliyyətinin təmin olunması və gələcək Mars ekspedisiyalarına hazırlıq baxımından strateji addım kimi dəyərləndirir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
145
azerbaijan-news.az

1Источники