RU

Koreya universitetləri ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Bakı. Trend:

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri KanqKımqu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.Səfir AzMİU-nun rektoru, memarlıq doktoru, professor GülçöhrəMəmmədova və universitetin nümayəndələri ilə görüşüb.

Görüşdə professor Gülçöhrə Məmmədova ölkələrimiz arasında mövcuddostluq münasibətlərinin universitetlərarası əməkdaşlıqda mühüm roloynadığını vurğulayıb, AzMİU üçün beynəlxalq əməkdaşlığın prioritetistiqamətlərdən biri olduğunu bildirib. Rektor Koreyauniversitetləri ilə mövcud əlaqələrin genişləndirilməsinin və yeniəməkdaşlıqların qurulmasının vacibliyini qeyd edib.

Çıxışında AzMİU-nun 50 illik fəaliyyətinə və Azərbaycandamemarlıq və inşaat təhsilinin 105 illik ənənəsinə toxunan rektoruniversitetin müasir maddi-texniki bazası, yenilənmişlaboratoriyaları, rəqəmsal texnologiyaların tətbiqi, güclü kadr vəelmi potensialı haqqında məlumat verib. Bildirib ki, AzMİUmemarlıq, şəhərsalma, inşaat, su təsərrüfatı və mühəndiskommunikasiya sistemləri üzrə ölkənin aparıcı kadr hazırlığımərkəzidir və eyni zamanda informasiya texnologiyaları və digərsahələr üzrə elmi tədqiqatlar aparan mühüm elmi mərkəzdir. Rektoruniversitetin beynəlxalq reytinqlərdə mövqelərini ardıcıl şəkildəmöhkəmləndirdiyini də diqqətə çatdırıb.

Səfir Kanq Kımqu səmimi qəbula görə təşəkkür edərək Koreyauniversitetləri ilə AzMİU arasında əməkdaşlığın inkişafına dəstəkverməyə hazır olduqlarını bildirib. O, əməkdaşlığın mərhələlişəkildə qurulmasını nəzərdə tutan ilkin yol xəritəsi təklif edib.İlkin mərhələdə tələbə və professor-müəllim mübadiləsiproqramlarının həyata keçirilməsi, birgə elmi seminar vəkonfransların təşkili, növbəti mərhələdə isə ikili diplomproqramlarının icrası məqsədəuyğun hesab edilib.

Görüşdə AzMİU nümayəndələri Koreya Beynəlxalq ƏməkdaşlıqAgentliyi (KOİCA) ilə əlaqələrin qurulması istiqamətində atılanaddımlar barədə məlumat verərək, bu prosesdə Koreya səfirliyinindəstəyinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, AzMİU Koreyaali təhsil müəssisələrinin memarlıq, şəhərsalma, inşaat vəinformasiya texnologiyaları sahələrində qabaqcıl təcrübəsininöyrənilməsində maraqlıdır.

Görüşdən sonra səfir AzMİU-nun Memarlıq və Dizayn fakültələrindəolub, fakültələrin maddi-texniki bazası və tədris prosesi ilə tanışolub.

Koreya
Koreya
Koreya
Koreya
Koreya
Koreya
Koreya
Məqalədə:
Избранный
162
4
az.trend.az

4Источники