RU

Hesablama Palatası 31,6 ton benzin almaq istəyib: Tender niyə ləğv edilib?

Azərbaycan Respublikası Hesablama Palatasının tenderi ləğv edilib.

Tribuna.az xəbər verir ki, bu barədə açıq mənbələrə məlumat yayılıb.
Bildirilir ki, Hesablama Palatası 2026-cı il üçün Aİ-95 markalı avtomobil benzininin satın alınması həyata keçirmək istəyib. Bununla bağlı, 50 min 568 manat vəsait ayrımağı da qərara alıb.
Məlumatda deyilir ki, palata həmin vəsaitlə 31 min 605 litr və ya 31.6 ton benzin almaq fikrində olub.
Tenderin ləğvinin səbəbi isə “Dövlət Satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbinin pozulması olub. Qaynaqlarda bildirilir ki, müsabiqəyə qatılan təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Maraqlıdır, Hesablama Palatası həqiqətənmi bir ildə 31.6 ton yanacaq sərf edir? Palatanın nə qəddər xidməti avtomobili var ki, bu qədər benzinə zərurət yaranıb?
Qarşı tərəfi dinləməyə hazırıq.

Избранный
112
1
yenilik.az

2Источники