Budapeşt Kiyevə 800 milyard dolların köçürülməsinə qəti şəkildə qarşıdır.
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Pul ağaclarda bitmir. Xüsusilə də 800 milyard dollar", - deyə o, "X" sosial media hesabında yazıb.
Qeyd edək ki, bu, Ukraynanın növbəti 10 il ərzində Avropadan tələb etdiyi məbləğdir.
Orban bildirib ki, Macarıstan üçün bu, 9 milyard dollardan çox maliyyə yükü deməkdir və əhali üçün bir çox sosial proqramların, müavinətlərin ləğvini tələb edəcək.