RU

Kölgədəki fiqur: “Real”dakı qərarlar kimin tapşırığı ilə verilir?

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyinə yaxın mənbələr fransız-mərakeşli maliyyəçi Anas Laqrarinin klub prezidenti Florentino Peres üzərində artan təsirindən ciddi şəkildə narahatdır.

İdman.Biz xəbər verir ki, bu barədə “Vozpopuli” nəşri məlumat yayıb.

Mənbələrin iddiasına görə, Laqrari rəsmi vəzifəsi olmamasına baxmayaraq, klub daxilində pərdəarxasında çox mühüm və mərkəzi rol oynayır, hətta bəzi strateji qərarların qəbuluna belə təsir göstərir.

Bildirilir ki, bu qeyri-rəsmi təsir mexanizmi “Real” daxilində balansı poza biləcək amil kimi qiymətləndirilir və məhz bu səbəbdən klubun idarəetmə strukturlarına yaxın çevrələrdə narahatlıq doğurur.

İdman.Biz
Избранный
61
1
idman.biz

2Источники