RU

Paşinyan: “Çox qəti və aydın addımlar atmalıyıq

ain.az, Ayna saytına istinadən bildirir.

“Niyyətimiz Ermənistanı Avropa İttifaqının tamhüquqlu üzvü etməkdir”

“Niyyətimiz Ermənistanı Avropa İttifaqının tamhüquqlu üzvü etməkdir və hökumətimiz dövlətimizi Aİ standartlarına cavab verən bir dövlətə çevirmək üçün çalışır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib: "Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına cavab verən bir ölkəyə çevirmək üçün çox qəti və aydın addımlar atmalıyıq".

Paşinyan həmçinin həm Aİ-yə, həm də Avrasiya İqtisadi Birliyinə (Aİİ) eyni vaxtda üzvlüyün mümkün olmadığını vurğulayıb, lakin hazırda bu iki yoldan birini seçmək seçiminin qaldığını söyləyib: "Hazırda biz Aİİ-nin üzvüyük və eyni zamanda, Aİ üzvlüyünə doğru irəliləyirik. Mümkün qədər Aİİ-də qalacağıq. Bu, mümkün olmadıqda, erməni xalqının azad iradəsinə əsaslanaraq qərar verəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
98
ayna.az

1Источники