1-ci Liqa təmsilçisi "Zaqatala" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 20 yaşlı müdafiəçi Kamil Qardaşlıdan gedir.
Mövsümün ilk yarısını "Difai"də keçirən arxa xətt oyunçusu hazırda "Zaqatala"nın düşərgəsində olsa da, onunla hələ müqavilə imzalanmayıb. Əslən Zaqataladan olan Qardaşlının taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub. Rüstəm Məmmədovun çalışdırdığı kollektivin 17 xalı var.
Nihat