RU

İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğrayıb

Bakı. Trend:

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumatyayıb.

Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizəxidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalıdaxil olub.

“Dənizçilik qaydalarını tənzimləyən beynəlxalq normalara uyğunolaraq, fövqəladə halların qarşısının alınması və aradanqaldırılması ilə məşğul olan Türkmənistanın dövlət qurumlarıtərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlərgörülüb.

Vaxtında həyata keçirilmiş əməliyyatlar nəticəsində gəmidə olan14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, onlar İran vəHindistan vətəndaşlarıdır”,- deyə bəyanatda qeyd olunub.

Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdətutulan müvafiq prosedurları həyata keçirir.

Məqalədə:
Избранный
54
9
az.trend.az

10Источники