RU

Mədəniyyət sahəsində hansı islahatlar aparılacaq? Prezidentdən tapşırıq

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasında müvafiq sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər əksini tapıb.

Oxu.Az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, mədəniyyətin hər bir fərdin və bütövlükdə cəmiyyətin inkişafında rolunun artırılması üçün ilk növbədə bu sektorda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zəruridir.

Mədəniyyət sahəsində qeyd edilən istiqamətdə görüləcək işlər aşağıdakılardır:

- Normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- İnstitusional islahatlar aparılması;

- Əlçatanlığın və inklüzivliyin təmin edilməsi;

- Maliyyələşdirmənin optimallaşdırılması və investisiyaların təşviqi;

- İnsan kapitalının inkişafı və kadr hazırlığının artırılması;

- İnfrastrukturun təkmilləşdirilməsi;

- Rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması;

- Müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqi.

Məlik Məlikov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
oxu.az

1Источники