RU

Tanışından “brend saat” aldı, saxta çıxdı

Bakı. Trend:

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığıortaya çıxıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib.Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41yaşlı R.İsmayılovu saxlayıb.

Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talamacinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyəcəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumatverib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Избранный
150
24
az.trend.az

10Источники