RU

İsveçin ixitiraları

Stokholm, 14 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC

Ötən ilin sonunda “Time” jurnalı 2025-ci ilin ən yaxşı innovasiyaları siyahısını tərtib edib.

AZƏRTAC xəbər verir ki, bu siyahıya 1990-cı illərdə İsveçin Lindström ailəsi tərəfindən yaradılmış veqan, əsasən turş dada malik və qlütensiz “Bubs” brendinin konfetləri də daxil idi. Bu nümunə açıq şəkildə göstərir ki, hətta sadə ideyalar belə zamanla qlobal yeniliklərə, kəşflərə çevrilə bilər.

Biz gündəlik əşyalardan istifadə edərkən — musiqi dinləyərkən, qablaşdırmanı açarkən və ya avtomobillə gedərkən —bunların kim tərəfindən və harada icad edildiyi barədə nadir hallarda düşünürük. Vurğulamaq lazımdır ki, bir çox vacib və faydalı ixtiralar məhz İsveçdə yaranıb. Onların sırasında soyuducu və südsağan aparat, kardiostimulyator və lidokain, dinamit, gəmi pəri, yüngül beton, eləcə də “bluetooth”, “Skype” və GPS texnologiyaları var.

Bu reportajda mən İsveçdəki digər maraqlı ixtiralar və onların gündəlik həyatımıza necə daxil olması barədə də danışacağam.

 

Избранный
151
2
azertag.az

3Источники