RU

Kokand Dövlət Universitetində Azərbaycan dilinin öyrənilməsi və tədrisi sahəsində fikir mübadiləsi aparıldı

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin Fərqanə vilayətini Kokand şəhərinə səfəri çərçivəsində Kokand Dövlət Universitetinin prorektoru Nigora Qadirova ilə görüş keçirib.  

Görüş zamanı humanitar və təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də mədəniyyət mərkəzi ilə universitet arasında gələcək qarşılıqlı fəaliyyət perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan dilinin universitetdə tədrisi məsələsinə xüsusi diqqət yetirilib, bu təşəbbüsün Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, universitetdə Azərbaycan dilinin tədrisi tələbələrin təhsil səviyyəsinin genişlənməsinə, Azərbaycan xalqının mədəniyyəti, tarixi və dili haqqında biliklərinin dərinləşdirilməsinə, həmçinin ali təhsil müəssisələri arasında əlaqələrin inkişafına töhfə verəcək. Tərəflər humanitar sahədə əməkdaşlığın davam etdirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

Избранный
68
3
xalqqazeti.az

4Источники