RU

Ramiz Karaeski nin məhkəməsində gərgin anlar

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyəli aktyor Ufuk Bayraktara Beyoğluda bir restoranın sahibindən pul tələb etdiyi üçün hakim qarşısına çıxarılıb.

Axşam.az xəbər verir ki, aktyor məhkəmədə dərmandan sonra alkoqol qəbul etdiyini və tam şüurlu vəziyyətdə olmadığını bildirib.

“Yalnız dava-dalaş olduğunu xatırlayıram. Kamera görüntülərini izləyəndə şikayətçiyə vurduğumu gördüm. Qəzəbimə nəzarəti itirmişdim, peşmanam.Heç kimin pulunu zorla almağa çalışmamışam. Məqsədim gənclərə iş tapmaq idi".

Bayraktar məhkəmə sədrinin “Sən iş tapma qurumusan? Gənclərə iş tapmaq sənin vəzifəndir? Mən gəlib səndən məhəllənin gənclərinə iş tap, pul verim desəm, nə edərsən” suallarına belə cavab verib:

“Əlimdən gələni edərəm, gəlmirsə etmərəm. Mənim onsuz da pula ehtiyacım yoxdur. Mən o məhəllədə böyümüşəm. Mən etməsəm, kim edəcək, hakim bəy?".

Aktyor aylıq gəlirinin 1 milyon lirə olduğunu bildirib.

Qeyd edək ki, Ufuk Bayraktar "Ezel" serialındakı "Ramiz Karaeski" obrazı ilə məşhurlaşıb. Onun 11 il 3 aya qədər həbsi tələb olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
axsam.az

1Источники