RU

KİV: Tramp Administrasiyası İrandakı 50 hədəfin koordinatlarını əldə edib

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin "United Against Nuclear Iran" (UANI) qeyri-hökumət təşkilatı Prezident Donald Tramp Administrasiyasına İran ərazisindəki 50 strateji əhəmiyyətli obyektin koordinatlarını əks etdirən sənəd təqdim edib.

Moderator.az bildirir ki, bu barədə "Daily Mail" nəşri UANI-yə istinadən xəbər verir.

Məlumata görə, ötürülən məlumatlar məlumatlar arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahının dəqiq koordinatları də yer alıb.

Qeyd edilir ki, bundan əlavə, Ağ Evə SEPAH-ın Tehranın müxtəlif rayonlarında yerləşən dörd idarəsinin, habelə SEPAH və onun tabeliyində fəaliyyət göstərən "Bəsic" könüllü silahlı təşkilatının 23 regional bazasının koordinatları da verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
91
1
moderator.az

3Источники