RU

ABŞ Qəzza üzrə sülh planının ikinci mərhələsinin başladığını ELAN ETDİ

ABŞ Qəzza üzrə sülh planının ikinci mərhələsinin başladığını elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff Qəzza zolağı üzrə sülh planının ikinci mərhələsinin qüvvəyə mindiyini açıqlayıb. Bu mərhələ atəşkəsdən demilitarizasiyaya (hərbsizləşdirilməyə), texnokratik idarəçiliyə və bölgənin bərpasına keçidi nəzərdə tutur.

Planın ikinci mərhələsi anklavda keçid texnokratik Fələstin administrasiyasının – Qəzzanın İdarə olunması üzrə Milli Komitənin (NCAG) yaradılmasını, həmçinin zolağın tamamilə hərbsizləşdirilməsini və yenidən qurulmasını əhatə edir. Buraya ilk növbədə bütün icazəsiz şəxslərin tərksilah edilməsi daxildir.

Vaşinqton HƏMAS-ın öz öhdəliklərini tam yerinə yetirəcəyini, o cümlədən sonuncu həlak olmuş girovun dərhal geri qaytarılacağını gözləyir. Bildirilib ki, bu tələblərin yerinə yetirilməməsi ciddi nəticələrə səbəb olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
86
9
interpress.az

10Источники