RU

Bakı Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakı-Qazax avtomagistralının Gəncə şəhərindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Toyota" markalı avtomobil ilə "VAZ 21099" markalı maşın toqquşub. 

 

Qəza nəticəsində 2008-ci il təvəllüdlü Sevda Babacanova və 21 yaşlı Çiçək Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
1
bizim.media

2Источники