“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandanın sol cinah müdafiəçisi Rikkardo Kalafiorinin zədəsi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki,ispaniyalı mütəxəssis bildirib ki, italiyalı futbolçunun zədəsi əzələ problemləri ilə əlaqədardır:
“Bu, əzələ zədəsidir. O, bərpa prosesindədir, lakin dəqiq nə vaxt qayıdacağını bilmirik. Düşünürəm ki, bu, bir neçə həftə çəkəcək”, – deyə Artetanın sözlərini klubun mətbuat xidməti sitat gətirib.
Qeyd edək ki, Rikkardo Kalafiori dekabrın 23-dən etibarən meydana çıxmır. Həmin gün “Arsenal” İngiltərə Liqa Kubokunda “Kristal Pelas”ı məğlub edib. Müdafiəçi bu vaxta qədər mövsümün demək olar ki, bütün oyunlarını zədəsiz keçirmişdi.