RU

Zelenski: Ukraynada energetika sahəsində fövqəladə vəziyyət elan ediləcək...

Rusiya zərbələrinin ağır nəticələri səbəbindən xüsusi rejim tətbiq olunur...

Ukrayna Prezidenti Volodimir Zelenskiy ölkənin enerji infrastrukturuna endirilən Rusiya zərbələrinin ağır nəticələri fonunda energetika sahəsində fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul olunacağını bildirib.

Poliqon xəbər verir ki, bu barədə RBK-Ukrayna nəşri məlumat yayıb.

Zelenskiy qeyd edib ki, Rusiya Federasiyasının hücumlarının nəticələri son dərəcə ağırdır və buna hava şəraitinin kəskin pisləşməsi də əlavə olunur. Onun sözlərinə görə, hazırda təmir briqadaları, enerji şirkətləri, xilasedicilər və kommunal xidmətlər sutka ərzində fasiləsiz rejimdə çalışaraq elektrik enerjisi və istilik təchizatını bərpa etməyə cəhd göstərirlər.

Prezident vurğulayıb ki, bir çox məsələlər təcili həll tələb etdiyindən energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Bu çərçivədə Kiyevdə daimi fəaliyyət göstərəcək xüsusi koordinasiya qərargahı yaradılacaq.

Zelenskiyin sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifələrdən biri də beynəlxalq tərəfdaşlarla işi maksimum səviyyədə gücləndirmək, onlardan enerji sisteminin bərpası üçün avadanlıq və dəstək əldə etməkdir.

“Nazirlər Kabineti bu cür şəraitdə ehtiyat enerji avadanlıqlarının şəbəkələrə qoşulması ilə bağlı bütün proseslərdə maksimum deregulyasiyanı təmin edəcək. Eyni zamanda Ukraynaya elektrik enerjisi idxalının həcmini əhəmiyyətli dərəcədə artırmaq istiqamətində də işləyirik”, – deyə Zelenskiy əlavə edib.

Poliqon.info

Избранный
135
poliqon.info

1Источники