ABŞ-nin 5 hərbi təyyarəsi Qətərdəki bazanı tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə “FlightRadar24” portalı məlumat yayıb.
ABŞ Silahlı Qüvvələrinə məxsus 5 ədəd yanacaqdolduran təyyarə havaya qalxıb.
Onlar Qətərdə yerləşən “Əl-Udeyd” hərbi bazasını tərk ediblər.
Təyyarələrin havaya qalxması və hərəkət istiqaməti “FlightRadar24” uçuş izləmə portalının məlumatlarında qeydə alınıb.

Xuraman Etibarlı
İnterpress.az